Qanunvericilik › Özəl tibb fəaliyyəti haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 9

Maddə 9. Tibbi sənədləşmələr və hesabatlar

Özəl tibb fəaliyyəti haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Özəl tibb müəssisələrinin və özəl tibbi praktika ilə məşğul olan şəxslərin verdiyi sənədlər və rəylər dövlət nümunəli tibbi sənədlərlə eyni hüquqi qüvvəyə malikdir.

Müvafiq icra hakimiyyəti orqanı ödəniş əsasında özəl tibb müəssisələrini, özəl tibbi praktika ilə məşğul olan şəxsləri əmək qabiliyyətinin müvəqqəti itirilməsi barədə vərəqələr, doğum və ölüm haqqında arayışlar, güclü təsir göstərən, zəhərli maddələr, tərkibində narkotik vasitələr və psixotrop maddələr olan dərmanların resept blankları da daxil olmaqla, ciddi hesabatlı dövlət nümunəli tibbi sənədlərin blankları ilə təmin edir.

Özəl tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul olan şəxslər Azərbaycan Respublikasının normativ hüquqi aktlarında göstərilən bütün statistik qeydiyyat və hesabatları aparmağa borcludurlar və onların doğruluğuna görə məsuliyyət daşıyırlar.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver