Qanunvericilik › Pambıqçılıq haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 4

Maddə 4. Pambıqçılıq sahəsində dövlət siyasətinin istiqamətləri

Pambıqçılıq haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Pambıqçılıq sahəsində dövlət siyasətinin əsas istiqamətləri pambıqçılıqda investisiya fəaliyyətinin və kooperasiyanın stimullaşdırılmasından, lizinq və aqroservis xidmətlərinin genişləndirilməsindən, yeni texnika və texnologiyaların tətbiqindən, pambıq məhsullarının keyfiyyətinin yüksəldilməsindən və ixracının artırılmasından, pambıqçılığın elmi təminatının yaxşılaşdırılmasından ibarətdir.

* (4-cü maddəyə Azərbaycan Respublikasının 2026-cı il 26 may tarixli 413-VIIQD nömrəli Qanunu ilə edilmiş dəyişiklik 2026-cı il dekabr 25-dən qüvvəyə minir.)

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver