Qanunvericilik › Pambıqçılıq haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 5

Maddə 5. Pambıqçılıq sahəsində dövlətin vəzifələri

Pambıqçılıq haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

5.0. Pambıqçılığın inkişafını təmin etmək üçün dövlət aşağıdakı vəzifələri həyata keçirir:

5.0.1. pambıqçılıq üzrə normativ hüquqi aktlar və normativ sənədlər qəbul etmək;

5.0.2. pambıqçılığın inkişafına dair dövlət proqramlarını təsdiq etmək, habelə pambıqçılığın klasterlər əsasında inkişafını təmin etmək;

5.0.3. pambıq və pambıq məhsullarının istehsalına, emalına və dövriyyəsinə dair texniki normativlər qəbul etmək;

5.0.4. pambıq və pambıq məhsullarının keyfiyyətini müəyyən edən standartları və digər normativ sənədləri təsdiq etmək;

5.0.5. pambıq və pambıq məhsulları bazarını öyrənmək, proqnozlar hazırlamaq, pambıqçılıq ilə əlaqəli sahələrin əsas inkişaf istiqamətlərini müəyyənləşdirmək;

5.0.6. pambıq əkinlərində aqrotexniki və pambıq emalında texnoloji normaları müəyyən etmək, pambıq bitkisinin əkilib-becərilməsi zamanı istifadə olunan bitki mühafizə vasitələrinin tətbiqinə nəzarəti həyata keçirmək;

5.0.7. qanunvericiliyə uyğun olaraq toxumluq pambıq istehsalına, emalına və toxumun dövriyyəsinə nəzarət etmək;

5.0.8. pambıqçılıq sahəsində mütəxəssislərin hazırlanmasını, ixtisaslarının artırılmasını təşkil etmək və pambıqçılığın elmi təminatını maliyyələşdirmək;

5.0.9. pambıqçılığın inkişafı istiqamətində digər vəzifələri həyata keçirmək.

II fəsil. Pambığın istehsalı və ilkin emalı

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver