1. İxtira, faydalı model və sənaye nümunəsinə patentlə verilən hüquqi mühafizənin həcmi aşağıdakı kimi müəyyən edilir:
ixtira və faydalı model üçün –– onların düsturu ilə;
sənaye nümunəsi üçün –– məmulatın (maketin, rəsmin) fotoşəklində göstərilən mühüm əlamətlərinin məcmusu ilə.
2. Azərbaycan Respublikası ərazisində patentin qüvvədə olma müddəti iddia sənədinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) verildiyi gündən etibarən aşağıdakı kimi müəyyənləşdirilir:
ixtira üçün – 20 il;
faydalı model üçün – 10 il;
sənaye nümunəsi üçün – 10 il.
3. İxtira patentinin predmeti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada inzibati prosedurlardan keçməsi tələb olunan məhsula və ya məhsulun hazırlanma üsuluna aid olarsa, patent sahibinin vəsatəti əsasında patentin qüvvədə olma müddəti 5 ilə qədər uzadılır. Vəsatət patentin qüvvədə olduğu müddətdə verilir.
4. Sənaye nümunəsi patentinin qüvvədə olma müddəti patent sahibinin vəsatəti əsasında 5 ildən artıq olmamaq şərtilə uzadılır.
5. İxtira və sənaye nümunəsi patentinin qüvvədə olma müddətinin uzadılması qaydaları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.
6. Məhsulun (məmulatın) alınma üsuluna patentlə verilmiş hüquq bilavasitə bu üsulla alınan digər məhsula da şamil edilir və əksini sübut edən hal olmadıqda yeni məhsul patentləşdirilmiş üsulla alınmış hesab edilir.
III fəsil
Müəllİf və patent sahİbİ