Qanunvericilik › Patent haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 23

Maddə 23. Patent sahibinin müstəsna hüquqlarının pozulması sayılmayan hallar

Patent haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Aşağıdakı hallar patent sahibinin müstəsna hüquqlarının pozulması sayılmır:

tərkibində patentləşdirilmiş ixtira, faydalı model və sənaye nümunəsi olan vasitələrdən qeyri-kommersiya məqsədləri üçün gəlirsiz istifadəsi;

patentlə mühafizə edilən ixtira, faydalı model və sənaye nümunəsi obyektlərinin elmi, eksperiment, tədqiqat və həmin obyektlərin yoxlanılması məqsədləri üçün patentin qüvvədə olma müddəti bitənədək böyük həcmdə istehsala və ya məhsulların toplanmasına gətirib çıxarmaması şərti ilə istifadəsi;

resept üzrə birdəfəlik istifadə üçün dərman haırlanması;

bu Qanunun, Avrasiya Patent Konvensiyasının və Avrasiya Patent Konvensiyasının Sənaye nümunələrinin mühafizəsinə dair Protokolunun müddəalarına xələl gətirmədən patent sahibi tərəfindən və ya patent sahibinin icazəsi ilə istənilən dövlətdə qanuni yolla təsərrüfat dövriyyəsinə daxil edilmiş vasitələrin istifadəsi, istifadə üçün təklif olunması, satışı və idxalı;

Azərbaycan Respublikasının nəqliyyat vasitələri sahiblərinə eyni hüquqlar verən xarici hüquqi və ya fiziki şəxslərə məxsus olan, müvəqqəti və ya təsadüfən Azərbaycan Respublikasının ərazisinə gətirilmiş nəqliyyat vasitələrinin ehtiyacları üçün patentləşdirilmiş ixtira, faydalı model və sənaye nümunəsindən həmin nəqliyyat vasitələrinin konstruksiyasında və ya istismarı zamanı istifadə.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver