Qanunvericilik › Patent haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 28-3

Maddə 28-3. Nəzərdə tutulan rəddetmə halında iradların təqdim olunması imkanı

Patent haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Bu Qanunun 28-1-ci və 28-2-ci maddələrinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) verilmiş vəsatətin təmin olunması tam və ya qismən rədd edilənədək vəsatət verən tərəf bu barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən 5 iş günü müddətində ona göndərilən bildirişi aldığı tarixdən 2 ay müddətində nəzərdə tutulan rəddetmə ilə əlaqədar öz iradlarını təqdim edə bilər. İddiaçının iradı alındıqdan sonra 5 iş günündən gec olmayaraq vəsatətə yenidən baxılaraq müvafiq qərar qəbul edilir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver