1. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) ixtira, faydalı model və sənaye nümunəsini qeydə aldıqdan və patent verdikdən sonra 3 ay ərzində patent barəsində məlumatı rəsmi bülletenində dərc edir.
İxtira və faydalı model üçün patentə dair məlumatlara müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi biblioqrafik göstəricilər və ixtira və ya faydalı modelin düsturu daxil olmalıdır.
Sənaye nümunəsi üçün patentə dair məlumatlara müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi biblioqrafik göstəricilər və qeydiyyata alınan hər bir nümunənin şəkilləri daxil olmalıdır.
2. İxtira, faydalı model və sənaye nümunəsi üçün verilmiş patentin bu Qanunun 7-ci maddəsinin 3-cü hissəsində, 8-ci maddəsinin 3-cü hissəsinin birinci və ikinci abzaslarında, 9-cu maddəsinin 3-cü hissəsinin birinci abzasında müəyyənləşdirilmiş tələbləri uyğun olmamasına görə patent sahibi qanunla müəyyən edilmiş qaydada məsuliyyət daşıyır.