1. Bu Qanunun 3.3-cü və 3.4-cü maddələrinin, 7-ci maddəsinin 1-ci və 6 – 8-ci hissələrinin, 8-ci və 9-cu maddələrinin 1, 5 və 6-cı hissələrinin, 27-ci və 29-cu maddələrinin tələbləri pozulduqda, yaxud ixtiranın, faydalı modelin düsturunda və sənaye nümunəsinin mühüm əlamətləri məcmusunda əvvəlki iddia sənədində göstərilmiş əlamətlər olmadıqda istənilən hüquqi və ya fiziki şəxs patent barəsində məlumatın dərc edildiyi tarixdən 6 ay ərzində patentin verilməsinə qarşı əsaslandırılmış etirazla Apellyasiya şurasına müraciət edə bilər.
2. Etiraz vermiş hüquqi və ya fiziki şəxs, həmçinin patent sahibi Apellyasiya şurasında ona baxılmasında iştirak edirlər.
3. Patent obyekti barəsində məlumatın dərc olunduğu tarixdən 6 ay keçdikdən sonra Apellyasiya şurası verilmiş patent barəsində etirazları qəbul etmir.
4. Apellyasiya şurasının qərarından məhkəməyə şikayət edilə bilər.