1. Aşağıdakı hallarda patentin qüvvəsinə vaxtından əvvəl xitam verilir:
patent sahibinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) verdiyi ərizə əsasında;
patentin qüvvədə saxlanması üçün haqqın ödənilməsi üçün müəyyən edilmiş müddətdən 12 aylıq möhlət müddəti keçənədək ödənilmədikdə;
bu Qanunun 37-2-ci maddəsinin 1-ci hissəsinin “a” bəndi nəzərə alınmaqla, bu Qanunun 32-ci maddəsinin 2-ci hissəsində nəzərdə tutulan möhlət müddəti bitənədək patentin qüvvədə saxlanması üçün haqq ödənilmədiyi halda;
2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) patentə vaxtından əvvəl xitam verilməsi barədə məlumatı rəsmi bülletenində dərc edir.