1. Patent sahibinin vəsatətinə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) verilmiş patentdə aşkar və texniki səhvləri düzəltməlidir.
2. Patent sahibi patentdə hüquqi şəxsin adını, fiziki şəxsin soyadını, adını, atasının adını dəyişdirdiyi halda bu barədə məlumatı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) bildirməlidir.
Patent sahibi verilmiş patentdə dəyişikliklər barədə vəsatət qaldırıqda və müəyyənləşdirilmiş dövlət rüsumu ödədikdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) ixtira, faydalı model və sənaye nümunələrinin Dövlət reyestrində dəyişikliklər edir.