Qanunvericilik › Patent haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 37-1

Maddə 37-1. Müddətlərin uzadılması

Patent haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

1. İxtira, faydalı model və ya sənaye nümunəsinə dair iddia sənədi və ya patentlə bağlı hər hansı prosedur hərəkətinin həyata keçirilməsi üçün bu maddənin 2-ci hissəsi nəzərə alınmaqla bu Qanunla müəyyən edilmiş müddətlərin onların bitdiyi tarixdən 2 ay müddətinə uzadılması üçün iddiaçıya və ya patent sahibinə imkan verilir bu şərtlə ki:

a) bu müddət ərzində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) müvafiq vəsatət verilsin və müvafiq hərəkət üçün müddət tətbiq edilmiş bütün tələblər vəsatətin verilməsi ilə eyni vaxtda yerinə yetirilsin;

b) bu hissəyə uyğun olaraq verilmiş vəsatətə baxılması üçün müəyyən edilmiş haqq ödənilsin.

2. Bu maddənin müddəaları bu maddənin 1-ci hissəsinə uyğun olaraq müddətin uzadılması haqqında vəsatətin verilməsi üçün, bu Qanunun 28-1-ci və 28-2-ci maddələrində, 32-ci maddəsinin 2-ci hissəsində, 37-2-ci maddəsində nəzərdə tutulmuş müddətlər üçün, həmçinin bu Qanunun 38-ci maddəsinin 1-ci və 2-ci hissələri nəzərə alınmaqla, Apellyasiya Şurasında prosedurların həyata keçirilməsi üçün nəzərdə tutulan müddətlər barəsində tətbiq edilmir.

3. Bu maddənin 1-ci hissəsinə uyğun olaraq verilmiş vəsatətin rədd edilməsinə qədər iddiaçı və ya patent sahibi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən nəzərdə tutulan rədd ilə bağlı 5 iş günü müddətində göndərilən bildirişi aldığı tarixdən 2 ay müddətində iradlarını təqdim edə bilər. İddiaçının iradı alındıqdan sonra 5 iş günündən gec olmayaraq vəsatətə yenidən baxılaraq müvafiq qərar qəbul edilir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver