1. Bu Qanunun 29-cu maddəsinin 6-cı hissəsində, 31-ci maddəsinin 3-cü hissəsində və 34-cü maddənin 1-ci hissəsində nəzərdə tutulan müddətlər üzürlü səbəbdən ötürüldükdə və müəyyənləşdirilmiş dövlət rüsumu ödənildikdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) ötürülmüş müddəti bərpa edir.
2. İddiaçı və ya etiraz edən şəxs ötürülmüş müddətin bərpası barədə vəsatəti ötürülmüş müddətin qurtardığı tarixdən etibarən 3 ay ərzində verə bilər.
3. İxtira, faydalı model və sənaye nümunəsi patentinin qüvvədə saxlanılması üçün müəyyən edilmiş illik haqqı vaxtında ödəməyən patent sahibi tərəfindən ötürülmüş tarixdən 18 ay müddətindən gec olmayaraq müvafiq haqq ödənildikdə, patentin qüvvəsi bərpa edilir. Patent sahibinin vəsatətinə ötürülmüş müddət üzrə haqqın ödənildiyini təsdiqləyən sənədin surəti əlavə olunur.
VII fəsil
Yekun müddəaları