4.1. Poçt rabitəsi sahəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən aşağıdakı qaydada tənzimlənir:
4.1.1. Universal poçt rabitəsi xidmətlərinin göstərilməsinin ümumi qaydalarının və tariflərinin təsdiqi, keyfiyyət normativlərinin müəyyən edilməsi;
4.1.2. Poçt rabitəsinin növlərinin qanunvericiliyə uyğun müəyyənləşdirilməsi;
4.1.3. Dövlət poçt ödənişi nişanlarının hazırlanması, nominal dəyərinin və tirajının təsdiq edilməsi, onların nəşri, dövriyyəyə buraxılması və dövriyyədən çıxarılması qaydasının müəyyən edilməsi;
4.1.4. Poçt indekslərinin və nəzarət keçid müddətlərinə dair normativlərin təsdiq edilməsi;
4.1.5. Poçt rabitəsi xidmətlərinin keyfiyyətinə qanunvericiliyə uyğun nəzarət edilməsi;
4.1.6. İstifadəçilərin hüquq və maraqlarının qorunmasının təmin edilməsi;
4.1.7. Milli operatorun fəaliyyəti üzrə beynəlxalq əlaqələrinin təşkili;
4.1.8. Azərbaycan Respublikasının müvafiq qanunvericiliyə uyğun olaraq fövqəladə hallarda poçt rabitəsi şəbəkələrinin idarə edilməsi ilə bağlı qaydaların hazırlanması.
4.2. Poçt göndərişlərində göndərilməsi qadağan olan malların və əşyaların siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.