Qanunvericilik › Poçt haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 5

Maddə 5. Milli operatorun fəaliyyətinin maliyyələşmə mənbələri

Poçt haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

5.0. Milli operatorun fəaliyyəti aşağıdakı mənbələr hesabına maliyyələşdirilir:

5.0.1. Poçt rabitəsi və maliyyə xidmətləri göstərilməsindən əldə edilən gəlirlər;

5.0.2. “Reklam haqqında” Azərbaycan Respublikasının Qanununun 23-cü maddəsinin tələblərinə uyğun olaraq, poçtla reklam yayımından və poçt göndərişlərinin üzərində reklamın yerləşdirilməsindən əldə edilən gəlirlər;

5.0.3. Müqavilə əsasında göstərilən xidmətlərdən əldə edilən gəlirlər;

5.0.4. Bank kreditləri, qrantlar, daxili və xarici sərmayələr;

5.0.5. Poçt rabitəsinin təşkili, inkişafı, onun nəqliyyat, informasiya və sosial infrastrukturuna kapital qoyuluşları, maliyyə və texniki yardımları.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver