Azərbaycan Respublikası baş prokurorunun, Azərbaycan Respublikası hərbi prokurorunun, Naxçıvan Muxtar Respublikası prokurorunun, ərazi və ixtisaslaşdırılmış prokurorların səlahiyyət müddəti 5 ildir.
Ərazi və ixtisaslaşdırılmış prokurorlar, bir qayda olaraq, eyni ərazi vahidlərinə iki dəfədən artıq təkrarən təyin edilə bilməzlər.
Prokurorluq aşağı prokurorların yuxarı prokurora tabeçiliyi əsasında fəaliyyət göstərir:
prokurorun fəaliyyətinə və təşkili məsələlərə dair yuxarı prokurorun göstərişlərinin icrasını aşağı prokurorlar üçün məcburiliyi;
xidməti vəzifələrinin icrası zamanı aşağı prokurorların yuxarı prokurorlar qarşısında məsuliyyəti;
zərurət olduqda aşağı prokurorların səlahiyyətlərinin yuxarı prokurorlar tərəfindən həyata keçirilməsi;
aşağı prokurorların qərar və aktlarının yuxarı prokurorlar tərəfindən ləğv edilməsi, geri götürülməsi, dəyişdirilməsi, yaxud başqa qərar və aktlarla əvəz olunması;
aşağı prokurorların aktlarından verilmiş şikayətlərə yuxarı prokurorlar tərəfindən baxılması;
aşağı prokurorların öz fəaliyyəti barədə hesabatların, məlumatların, işlərin və materialların yuxarı prokurorlara təqdim edilməsi.
Aşağı prokurorlar, yaxud prokurorluğun digər işçiləri yuxarı prokurorun bütün qanuni tələblərini və göstərişlərini icra etməyə borcludurlar.
III fəsil
Prokurorluq orqanlarının fəalİyyətİ