Qanunvericilik › Prokurorluq orqanlarında qulluq keçmə haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 10

Maddə 10. Prokurorluqda vəzifələrin təsnifatı

Prokurorluq orqanlarında qulluq keçmə haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

10.0. Prokurorluqda vəzifələrin aşağıdakı təsnifatları vardır:

10.0.1. birinci təsnifat - Azərbaycan Respublikasının Baş prokuroru;

10.0.2. ikinci təsnifat - Azərbaycan Respublikası Baş prokurorunun birinci müavini, müavini, Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi, Azərbaycan Respublikasının Hərbi prokuroru və Naxçıvan Muxtar Respublikasının prokuroru;

10.0.3. üçüncü təsnifat - Azərbaycan Respublikası Baş Prokurorluğunun idarə və müstəqil şöbə rəisləri, Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi rəisinin müavinləri, Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin idarə rəisləri, Azərbaycan Respublikası Hərbi prokurorunun müavinləri, Naxçıvan Muxtar Respublikası prokurorunun müavini, Bakı şəhər prokuroru, Azərbaycan Respublikası Baş prokurorunun böyük köməkçiləri;

10.0.4. dördüncü təsnifat - Azərbaycan Respublikası Baş Prokurorluğunun idarə və şöbə rəislərinin müavinləri, Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin idarə rəislərinin müavinləri, şöbə rəisləri və şöbə rəislərinin müavinləri, Baş Prokurorluğun idarə tərkibində olan şöbələrinin rəisləri, Baş Prokurorluğun mühüm işlər üzrə böyük müstəntiqləri, Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin mühüm işlər üzrə böyük müstəntiqləri, Azərbaycan Respublikası Hərbi Prokurorluğunun idarə və şöbə rəisləri, Naxçıvan Muxtar Respublikası prokurorluğunun şöbə rəisləri, Bakı şəhər prokurorunun müavinləri, şəhər, rayon prokurorları və onlara bərabər tutulan hərbi prokurorlar, Azərbaycan Respublikası Baş prokurorunun köməkçiləri, Azərbaycan Respublikası Hərbi prokurorunun böyük köməkçiləri, Naxçıvan Muxtar Respublikası prokurorunun böyük köməkçiləri;

10.0.5. beşinci təsnifat - Azərbaycan Respublikası Baş Prokurorluğunun idarə və şöbələrinin böyük prokuror-metodistləri, böyük prokurorları, prokurorları və prokuror-kriminalistləri, Baş Prokurorluğun mühüm işlər üzrə müstəntiqləri, Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin idarə və şöbələrinin böyük prokurorları, prokurorları, prokuror-kriminalistləri, mühüm işlər üzrə müstəntiqləri, mühüm işlər üzrə böyük əməliyyatçıları və mühüm işlər üzrə əməliyyatçıları, Azərbaycan Respublikası Hərbi Prokurorluğunun idarə və şöbə rəislərinin müavinləri, Hərbi Prokurorluğun idarə tərkibində olan şöbələrinin rəisləri, Hərbi Prokurorluğun mühüm işlər üzrə böyük müstəntiqləri, Azərbaycan Respublikası Hərbi prokurorunun köməkçiləri, Hərbi Prokurorluğun idarə və şöbələrinin böyük prokuror-metodistləri, böyük prokurorları, böyük prokuror-kriminalistləri, Naxçıvan Muxtar Respublikası prokurorunun köməkçiləri, Naxçıvan Muxtar Respublikası Prokurorluğunun idarə və şöbələrinin böyük prokuror-metodistləri, böyük prokurorları, mühüm işlər üzrə müstəntiqləri, Bakı şəhər prokurorluğunun idarə və şöbə rəisləri, idarə və şöbə rəislərinin müavinləri, Bakı şəhər prokurorunun böyük köməkçiləri, şəhər, rayon prokurorlarının və hərbi prokurorların müavinləri;

10.0.6. altıncı təsnifat - Azərbaycan Respublikası Hərbi Prokurorluğunun idarə və şöbələrinin prokurorları və prokuror-kriminalistləri, Hərbi Prokurorluğun mühüm işlər üzrə müstəntiqləri, Naxçıvan Muxtar Respublikası prokurorluğunun şöbə prokurorları, prokuror-kriminalistləri və böyük müstəntiqləri, Bakı şəhər prokurorunun köməkçiləri, Bakı şəhər prokurorluğunun idarə və şöbələrinin böyük prokuror-metodistləri, böyük prokurorları, böyük prokuror-kriminalistləri, mühüm işlər üzrə müstəntiqləri;

10.0.7. yeddinci təsnifat - Bakı şəhər prokurorluğunun idarə və şöbə prokurorları, prokuror-kriminalistləri və böyük müstəntiqləri;

10.0.8. səkkizinci təsnifat - şəhər, rayon prokurorlarının və onlara bərabər tutulan hərbi prokurorların böyük köməkçiləri, şəhər, rayon prokurorluqlarının və onlara bərabər tutulan hərbi prokurorluqların prokuror-kriminalistləri və böyük müstəntiqləri;

10.0.9. doqquzuncu təsnifat - şəhər, rayon prokurorlarının və hərbi prokurorların köməkçiləri, şəhər, rayon prokurorluqlarının və onlara bərabər tutulan hərbi prokurorluqların müstəntiqləri.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver