Qanunvericilik › Prokurorluq orqanlarında qulluq keçmə haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 17

Maddə 17. Ali xüsusi, ali hərbi, xüsusi və hərbi rütbələr

Prokurorluq orqanlarında qulluq keçmə haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

17.1. Tutduqları vəzifəyə və prokurorluq orqanlarında iş stajına uyğun olaraq prokurorlar, prokurorluğun müstəntiqləri və əməliyyatçıları, o cümlədən hərbi prokurorlar və hərbi prokurorluğun müstəntiqləri üçün ali xüsusi, ali hərbi, xüsusi və hərbi rütbələr müəyyən edilir.

17.2. Ali xüsusi və ali hərbi rütbələr aşağıdakılardır:

17.2.1. Həqiqi dövlət ədliyyə müşaviri;

17.2.2. I dərəcəli dövlət ədliyyə müşaviri, Ədliyyə general-polkovniki;

17.2.3. II dərəcəli dövlət ədliyyə müşaviri, Ədliyyə general-leytenantı;

17.2.4. III dərəcəli dövlət ədliyyə müşaviri, Ədliyyə general-mayoru.

17.3. Xüsusi və hərbi rütbələr aşağıdakılardır:

17.3.1. Baş ədliyyə müşaviri, Ədliyyə polkovniki;

17.3.2. Ədliyyə müşaviri, Ədliyyə polkovnik-leytenantı;

17.3.3. Kiçik ədliyyə müşaviri, Ədliyyə mayoru;

17.3.4. I dərəcəli hüquqşünas, Ədliyyə kapitanı;

17.3.5. II dərəcəli hüquqşünas, Ədliyyə baş leytenantı;

17.3.6. III dərəcəli hüquqşünas, Ədliyyə leytenantı.

17.4. Prokurorlara, prokurorluğun müstəntiqlərinə və əməliyyatçılarına rütbələr müsbət xarakterizə edildikdə ardıcıl qaydada verilir. Bu Qanunun 18.10 və 18.12-ci maddələrində nəzərdə tutulmuş hallarda rütbələr ardıcıllığa riayət edilmədən verilə bilər.

17.5. Prokurorlara, prokurorluğun müstəntiqlərinə və əməliyyatçılarına bu Qanunun 10-cu maddəsində nəzərdə tutulan təsnifatlara uyğun olaraq aşağıdakı rütbələr verilə bilər:

17.5.1. Həqiqi dövlət ədliyyə müşaviri - 1-ci təsnifatdakı vəzifəyə görə;

17.5.2. I dərəcəli dövlət ədliyyə müşaviri, Ədliyyə general-polkovniki və II dərəcəli dövlət ədliyyə müşaviri, Ədliyyə general-leytenantı - 2-ci təsnifatdakı vəzifələrə görə;

17.5.3. III dərəcəli dövlət ədliyyə müşaviri, Ədliyyə general-mayoru - 3-cü təsnifatdakı vəzifələrə görə;

17.5.4. Baş ədliyyə müşaviri, Ədliyyə polkovniki - 4-cü təsnifatdakı vəzifələrə görə;

17.5.5. Ədliyyə müşaviri, Ədliyyə polkovnik-leytenantı - 5-ci və 6-cı təsnifatlardakı vəzifələrə görə;

17.5.6. Kiçik ədliyyə müşaviri, Ədliyyə mayoru - 7-ci və 8-ci təsnifatlardakı vəzifələrə görə;

17.5.7. I, II və III dərəcəli hüquqşünas, Ədliyyə kapitanı, Ədliyyə baş leytenantı və Ədliyyə leytenantı - 9-cu təsnifatdakı vəzifələrə görə.

17.6. Hər bir rütbədə olmaq üçün aşağıdakı müddətlər müəyyən edilir:

17.6.1. III dərəcəli hüquqşünas, Ədliyyə leytenantı - 2 il;

17.6.2. II dərəcəli hüquqşünas, Ədliyyə baş leytenantı - 3 il;

17.6.3. I dərəcəli hüquqşünas, Ədliyyə kapitanı – 3 il;

17.6.4. Kiçik ədliyyə müşaviri, Ədliyyə mayoru – 4 il;

17.6.5. Ədliyyə müşaviri, Ədliyyə polkovnik-leytenantı - 5 il.

17.7. Baş ədliyyə müşaviri, Ədliyyə polkovniki, ali xüsusi və ali hərbi rütbələrdə olma müddətləri müəyyən edilmir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver