Qanunvericilik › Prokurorluq orqanlarında qulluq keçmə haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 18

Maddə 18. Rütbələrin verilməsi qaydası

Prokurorluq orqanlarında qulluq keçmə haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

18.1. Prokurorluq işçilərinə ali xüsusi və ali hərbi rütbələrin verilməsi Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 24-cü bəndinə uyğun olaraq həll edilir.

Bu Qanunun 17.2-ci maddəsində göstərilən ali xüsusi və ali hərbi rütbələrin verilməsi barədə Azərbaycan Respublikasının Baş prokuroru vəsatət qaldıra bilər.

18.2. Prokurorluq işçilərinə rütbələr fərdi qaydada verilir.

18.3. Bir qayda olaraq rütbələr aşağıdakı vəzifəli şəxslərin təqdimatları əsasında verilir:

18.3.1. Azərbaycan Respublikası Baş Prokurorluğunun idarə və şöbələrinin rəislərinə - Baş prokurorun müavinlərinin;

18.3.2. Azərbaycan Respublikası Baş Prokurorluğunun idarə və şöbələrinin digər işçilərinə - müvafiq idarə və şöbələrin rəislərinin;

18.3.2-1. Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin işçilərinə - Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi rəisinin;

18.3.3. Bakı şəhər prokurorluğu orqanlarının işçilərinə - müvafiq prokurorun;

18.3.4. digər şəhər və rayon prokurorlarına - Azərbaycan Respublikası Baş Prokurorluğunun kadrlar xidmətinin, həmin prokurorluqların işçilərinə isə müvafiq prokurorların.

18.4. Xüsusi və hərbi rütbələrin verilməsinə dair təqdimatın forması Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən müəyyən edilir.

18.5. Hərbi prokurorluq orqanlarının işçilərinə hərbi rütbələr, o cümlədən ilk hərbi rütbələr bu Qanunun 18.3-cü maddəsində göstərilən, habelə hərbi qulluqçular üçün müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Hərbi prokuroru tərəfindən verilir. Ədliyyə polkovnik-leytenantı və Ədliyyə polkovniki rütbələrinin verilməsi Azərbaycan Respublikası Baş prokuroru ilə razılaşdırılır.

18.6. Naxçıvan Muxtar Respublikası Prokurorluğunun işçilərinə xüsusi rütbələr bu Qanunun 18.3-cü maddəsində göstərilən qaydada Naxçıvan Muxtar Respublikası prokuroru tərəfindən verilir. Ədliyyə müşaviri və baş ədliyyə müşaviri rütbələrinin verilməsi Azərbaycan Respublikası Baş prokuroru ilə razılaşdırılır.

18.7. İlk rütbə işçiyə stajorluq və sınaq keçmə müddətlərini müvəffəqiyyətlə başa vurduqdan sonra verilir. Prokurorluğa keçirilmə qaydasında işə qəbul edilmiş işçilərə rütbələr onlar müsahibədən keçdikdən sonra verilir.

18.8. Prokurorluq işçisinə növbəti rütbə verilərkən onun tutduğu vəzifəsi, iş stajı, axırıncı rütbədə olma müddəti və xasiyyətnamə nəzərə alınır.

18.9. Prokurorluq orqanlarında qulluq keçən və ya əvvəllər qulluq keçmiş şəxslər dövlət qulluğuna və ya digər dövlət orqanlarında dövlət qulluğunun xüsusi növünə qulluğa (xidmətə) qəbul edilərkən, onların prokurorluq orqanlarındakı qulluq illəri həmin orqanlarda qulluq (xidmət) illərinə daxil edilir və həmin şəxslərə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi xüsusi, hərbi, diplomatik rütbələrin və ixtisas dərəcələrinin qarşılıqlı olaraq uyğunlaşdırılması qaydasına əsasən müvafiq ixtisas dərəcəsi, xüsusi, hərbi və ya diplomatik rütbə verilir. Dövlət qulluğunda və ya digər dövlət orqanlarında dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) keçən və ya əvvəllər qulluq (xidmət) keçmiş şəxslər prokurorluq orqanlarına qulluğa qəbul edildikdə, onların qulluq (xidmət) illəri prokurorluq orqanlarında qulluq illərinə daxil edilir və həmin şəxslərə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi xüsusi, hərbi, diplomatik rütbələrin və ixtisas dərəcələrinin qarşılıqlı olaraq uyğunlaşdırılması qaydasına və bu Qanuna əsasən müvafiq rütbə verilir.

18.10. Azərbaycan Respublikasının Baş prokuroru xidməti vəzifələrini nümunəvi icra etdiyinə və işindəki nailiyyətlərə görə işçilərə mükafatlandırma qaydasında nəzərdə tutulan müddət keçənədək vaxtından əvvəl növbəti və işçinin daşıdığı rütbədən bir pillə yuxarı növbədənkənar rütbə verə bilər.

18.11. Prokurorluq işçisinə vaxtından əvvəl rütbə onun daşıdığı rütbədə olma müddətinin ən azı yarısı keçdikdən sonra verilə bilər. Vaxtından əvvəl və növbədənkənar rütbənin verilməsinə işçinin prokurorluqda qulluq etdiyi müddətdə yalnız iki dəfə yol verilə bilər.

18.12. Vəzifədə irəli çəkilərkən prokurorluq işçisinə növbəyə riayət edilmədən daşıdığı rütbədən bir pillə yuxarı rütbə verilə bilər.

18.13. İntizam tənbehi tətbiq edilmiş prokurorluq işçisinə rütbə onun üzərindən intizam tənbehi götürülənədək verilmir.

18.14. Rütbədən məhrum edilmiş işçilər istisna olmaqla rütbəsi olan prokurorluq işçiləri həmin rütbəni ömürlük daşıyırlar.

18.15. Rütbələrə görə prokurorluq işçiləri vəzifə maaşına əlavə haqq alır və geyim forması ilə təmin olunurlar. Rütbəyə görə əlavə haqq pensiyaya çıxmış və rütbədən məhrum edilməmiş prokurorluq işçiləri üçün də saxlanılır.

V Fəsil

Prokurorluq İşçİlərİnİn hüquqİ, sosİal, məhkəmə müdafİəsİ və maddİ təmİnatı

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver