Qanunvericilik › Prokurorluq orqanlarında qulluq keçmə haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 23

Maddə 23. Həvəsləndirmə tədbirləri

Prokurorluq orqanlarında qulluq keçmə haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

23.1. Xidməti vəzifələrinin nümunəvi icrasına, uzun müddətli qüsursuz fəaliyyətinə və digər xidmətlərinə görə prokurorluq işçisinə aşağıdakı həvəsləndirmə tədbirləri tətbiq oluna bilər:

23.1.1. təşəkkür;

23.1.2. pul mükafatı;

23.1.3. qiymətli hədiyyə ilə mükafatlandırma;

23.1.4. fəxri fərman ilə təltif edilmə;

23.1.5. xatirə nişanları ilə təltif edilmə;

23.1.6. növbədənkənar və ya vaxtından əvvəl rütbə verilməsi;

23.1.7. əvvəllər verilmiş intizam cəzasının vaxtından əvvəl götürülməsi.

23.1.8. “Prokurorluğun fəxri işçisi” döş nişanı ilə təltif edilmə.

23.2. Prokurorluq işçisi xüsusi xidmətlərinə görə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada dövlət təltifinə təqdim oluna bilər.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver