Qanunvericilik › Prokurorluq orqanlarında qulluq keçmə haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 24

Maddə 24. Prokurorluq işçisinin həvəsləndirilməsi qaydası

Prokurorluq orqanlarında qulluq keçmə haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

24.1. Həvəsləndirmə tədbirlərinin tətbiqi Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən həyata keçirilir.

24.2. Azərbaycan Respublikasının Baş prokuroru işçinin həvəsləndirilməsi məsələlərini müəyyən həddə həll etməyi Azərbaycan Respublikasının Hərbi prokuroruna, Naxçıvan Muxtar Respublikasının prokuroruna və Bakı şəhər prokuroruna tapşıra bilər.

24.3. Prokurorluq işçisinin həvəsləndirilməsi barədə müvafiq prokuror öz səlahiyyətləri daxilində vəsatət qaldıra bilər.

24.4. Hərbi prokurorların və müstəntiqlərin həvəsləndirilməsi “Prokurorluq haqqında” Azərbaycan Respublikasının Qanunu, bu Qanun, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin İntizam Nizamnaməsi” və digər normativ hüquqi aktlarla tənzimlənir.

24.5. Həvəsləndirmə tədbiri əmrlə rəsmiləşdirilir, əmək kitabçasına yazılır və işçinin şəxsi işinə əlavə olunur. Əmr verildikdən sonra 3 gün müddətində həmin şəxsə elan edilir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver