Qanunvericilik › Psixiatriya yardımı haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 20

Maddə 20. Ambulator psixiatriya yardımı

Psixiatriya yardımı haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

20.1. Psixi pozuntusu olan şəxsə ambulator psixiatriya yardımı tibbi göstərişlərdən asılı olaraq məsləhət-müalicə yardımı və ya dispanser müşahidəsi şəklində göstərilir.

20.2. Məsləhət-müalicə yardımı psixi pozuntusu olan şəxsə onun razılığı (xahişi) ilə, 16 yaşına çatmamış şəxsə isə onun valideyninin, yaxud qanuni nümayəndəsinin razılığı (xahişi) ilə göstərilir.

20.3. Bu Qanunun 21.1-ci maddəsində nəzərdə tutulmuş hallarda psixiatriya dispanser müşahidəsi psixi pozuntusu olan şəxsin özünün və ya qanuni nümayəndəsinin razılığından asılı olmayaraq təyin edilir. Bu, həkim-psixiatr tərəfindən müntəzəm nəzarəti təmin etmək üçün şəxsin psixi vəziyyətinin müşahidə edilməsini, ona zəruri tibbi və sosial yardım göstərilməsini nəzərdə tutur.

20.4. Məcburi ambulatoriya müşahidəsi və psixiatr müalicəsi qanunvericiliklə müəyyən edilmiş qaydada və əsaslar olduqda məhkəmənin qərarı əsasında şəxsin yaşayış yeri üzrə psixonevroloji dispanser və ya poliklinikanın psixiatriya kabineti tərəfindən həyata keçirilir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver