30.0. Psixiatriya stasionarı müdiriyyətinin və tibb heyətinin vəzifələri aşağıdakılardır:
30.0.1. pasiyenti zəruri tibbi yardımla təmin etmək;
30.0.2. pasiyentə onun şikayətinə baxmaq səlahiyyəti olan vəzifəli şəxslərin ünvanları və telefon nömrələri ilə tanış olmaq imkanı yaratmaq;
30.0.3. pasiyentin məktublaşması, müvafiq icra hakimiyyəti orqanlarına, prokurorluğa, məhkəməyə, habelə vəkilə müraciət edə bilməsi imkanını təmin etmək;
30.0.4. pasiyentin psixiatriya stasionarına qeyri-könüllü daxil olunduğu vaxtdan etibarən 24 saat ərzində onun qohumlarına, qanuni nümayəndəsinə, yaxud pasiyentin tapşırığı ilə başqa şəxsə xəbər vermək;
30.0.5. pasiyentin psixi vəziyyəti barədə onun qohumlarına, qanuni nümayəndəsinə, yaxud pasiyentin tapşırığı ilə başqa şəxsə məlumat vermək;
30.0.6. pasiyentin təhlükəsizliyini təmin etmək;
30.0.7. qanunvericilikdə müəyyən edilmiş qaydada fəaliyyət qabiliyyəti olmayan hesab edilən və qanuni nümayəndəsi olmayan pasiyent barəsində qanuni nümayəndə təyin olunması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət etmək;
30.0.8. dini ayinlərin sərbəst və digər pasiyentlərə mane olmadan icrası üçün müvafiq qaydalar və yerlər müəyyənləşdirmək və dindar pasiyentlərə izah etmək;
30.0.9. bu Qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək.