Qanunvericilik › Psixiatriya yardımı haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 31

Maddə 31. Şəxsin sosial təminat üçün psixonevroloji müəssisəyə yerləşdirilməsi

Psixiatriya yardımı haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

31.1. Psixi pozuntusu olan şəxsin sosial təminat üçün psixonevroloji müəssisəyə yerləşdirilməsinə əsas verən onun ərizəsi və həkim-psixiatr komissiyasının qərarıdır, yetkinlik yaşına çatmamış və ya qanunvericilikdə müəyyən edilmiş qaydada fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxslərin yerləşdirilməsinə isə həkim-psixiatr komissiyasının rəyi əsasında müvafiq icra hakimiyyəti orqanın qərarıdır.

31.2. Həkim-psixiatr komissiyasının rəyində şəxsdə onu sosial təminat üçün ixtisaslaşdırılmamış müəssisədə qalmaq imkanından mərhum edən psixi pozuntunun olmasına dair məlumat, fəaliyyət qabiliyyətli şəxs barəsində isə həm də məhkəmə qarşısında onun fəaliyyət qabiliyyəti olmayan sayılması məsələsinin qoyulması üçün əsasların olmadığına dair məlumat göstərilməlidir.

31.3. Müvafiq icra hakimiyyəti orqanı sosial təminat üçün psixonevroloji müəssisələrə yerləşdirilən şəxslərin mülkiyyət hüquqlarını qorumağa borcludur.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver