Qanunvericilik › Psixiatriya yardımı haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 34

Maddə 34. Xüsusi təhsil və ya sosial təminat üçün psixonevroloji müəssisəsindən başqa yerə köçürülmə və çıxarılma

Psixiatriya yardımı haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

34.1. Şəxsin xüsusi təhsil və ya sosial təminat üçün psixonevroloji müəssisəsindən başqa tipli oxşar müəssisəyə köçürülməsinə əsas verən onun həmin psixonevroloji müəssisədə yaşaması, yaxud təhsil alması üçün tibbi göstərişlərin olmaması haqqında psixoloji-tibbi-pedaqoji komissiyanın və ya həkim-psixiatr komissiyasının rəyidir.

34.2. Şəxsin xüsusi təhsil və ya sosial təminat üçün psixonevroloji müəssisəsindən çıxarılması aşağıdakı qaydada həll olunur:

34.2.1. sağlamlığınnı vəziyyətinə görə müstəqil yaşamağa qadir olması barədə həkim-psixiatr komissiyasının rəyi əsasında;

34.2.2. öz ərizəsi üzrə həkim-psixiatr komissiyasının rəyi əsasında;

34.2.3. yetkinlik yaşına çatmamış və ya qanunvericilikdə müəyyən edilmiş qaydada fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxslərə qulluq etməyi öhdəsinə götürən valideynlərin, digər qohumların, ysxud qanuni nümayəndələrinin ərizəsi əsasında.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver