35.1. Psixiatriya yardımını dövlət və qanunvericilikdə müəyyən olunmuş qaydada fəaliyyət göstərən özəl psixiatriya (psixonevroloji) müəssisələri, həmçinin ilkin tibbi-sanitariya yardımı göstərən tibb müəssisələrinin həkimləri və özəl tibbi praktika ilə məşğul olan həkim-psixiatrlar göstərirlər.
35.2. Psixiatriya (psixonevroloji) müəssisələrinin, yaxud özəl tibbi praktika ilə məşğul olan həkim-psixiatrların göstərdikləri tibbi yardımın bütün növləri onların nizamnamələrində (əsasnamələrində) və ya xüsusi razılıqda qeyd edilir. Psixiatriya yardımı üçün müraciət edənlərin həmin xüsusi razılıqla tanış olmağa imkanı olmalıdır.