Qanunvericilik › Psixiatriya yardımı haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 37

Maddə 37. Psixiatriya yardımı göstərilməsi ilə əlaqədar həkim-psixiatrın hüquq və vəzifələri

Psixiatriya yardımı haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

37.1. Psixiatriya yardımı göstərilməsi ilə əlaqədar həkim-psixiatrın hüquq və vəzifələri qanunvericiliklə müəyyən edilir.

37.2. Psixi pozuntunun diaqnozunun qoyulması, qeyri-könüllü qaydada psixiatriya yardımı göstərilməsi haqqında qərar qəbul edilməsi, yaxud belə yardımın göstərilməsi məsələsinin nəzərdən keçirilməsi üçün rəy verilməsi, bu Qanunda nəzərdə tutulmuş hallardan başqa, həkim-psixiatrın, həkim-psixiatr komissiyasının və ya ərazinin baş psixiatrının müstəsna hüququdur.

37.3. Şəxsin psixi vəziyyəti haqqında digər ixtisasdan olan həkimin rəyi ilkin xarakter daşıyır və həmin şəxsin hüquqlarının və qanuni mənafelərinin məhdudlaşdırılmasına, habelə psixi pozuntusu olanlar üçün qanunvericiliklə müəyyənləşdirilmiş güzəştlərdən istifadə edilməsinə əsas vermir.

37.4. Psixiatriya yardımı göstərən həkim-psixiatrların, digər mütəxəssislərin, orta və kiçik tibb işçilərinin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə onlara xüsusi tədbirlərdən (psixi pozuntusu olan şəxsin fiziki məhdudlaşdırılması, onun müvəqqəti təcrid edilməsi, sakitləşdirici köynəklərin tətbiq edilməsi) istifadə etmək hüququ verilir. Bu barədə psixi pozuntusu olan şəxsin tibbi sənədlərində müvafiq qeydlər aparılır və tibb müəssisəsinin müdiriyyətinə məlumat verilir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver