Qanunvericilik › Psixiatriya yardımı haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 36

Maddə 36. Psixiatriya yardımı fəaliyyəti ilə məşğul olmaq hüququ

Psixiatriya yardımı haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

36.1. Ali tibbi təhsili və müvafiq diplomu olan və qanunvericilikdə müəyyən edilmiş qaydada ixtisaslarını təsdiq etmiş həkim-psixiatrlar psixiatriya yardımı fəaliyyəti ilə məşğul olmaq hüququna malikdirlər.

36.2. İlkin tibbi-sanitariya yardımı göstərən tibb müəssisələrinin həkimləri yalnız bu müəssisələrdə müalicəsinə icazə verilən xəstəlikləri (psixi pozuntuları) müalicə edə bilərlər. İlkin tibbi-sanitariya yardımı göstərən tibb müəssisələrində müalicəsinə icazə verilən xəstəliklərin (psixi pozuntuların) siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.

36.3. Həkim-psixiatrın, digər mütəxəssislərin psixiatriya yardımı göstərilməsinə dair fəaliyyəti professional etika normalarına əsaslanır və qanunvericilikdə müəyyən edilmiş qaydada həyata keçirilir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver