5.1. Bu Qanunun 11-ci və 12-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, şəxsin özü müraciət etdikdə, ona psixiatriya yardımı göstərilir.
5.2. 16 yaşına çatmamış və ya qanunvericilikdə müəyyən edilmiş qaydada fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxslərə psixiatriya yardımı onların valideynlərinin və ya qanuni nümayəndələrinin razılığı (xahişi) ilə bu Qanunla nəzərdə tutulmuş qaydada göstərilir.
5.3. Psixiatriya yardımı məlumatlandırılmış razılıq əsasında həyata keçirilir. Bu razılıq hədə-qorxu və zor tətbiq edilmədən alınır, yazılı formada sənədləşdirilir, pasiyentin özü və ya onun qanuni nümayəndəsi və həkim-psixiatr tərəfindən imzalanır.