Qanunvericilik › Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 15

Maddə 15. Qaçqın statusundan məhrum etmə və qaçqınların başqa ölkəyə göndərilməsinin, verilməsinin və ya məcburən qaytarılmasının qadağan edilməsi

Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Qaçqın statusundan şəxs aşağıdakı hallarda məhrum edilir:

dövlət təhlükəsizliyi və ya ictimai qayda üçün qorxu törətdikdə;

Qaçqın statusunu bilərəkdən yalan məlumat və ya saxta sənədlər təqdim etmək nəticəsində əldə etmiş olduqda;

ağır və ya xüsusilə ağır cinayət törətdiyinə görə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə müəyyən edilmiş müddətə azadlıqdan məhrum edildikdə və ya ömürlük azadlıqdan məhrum edildikdə.

Qaçqın statusu almaq üçün ərizə vermiş şəxs onun məsələsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən həll edilənədək başqa ölkəyə göndərilə bilməz, verilə və ya məcburən qaytarıla bilməz.

Qaçqın statusundan məhrum etmək, qaçqını, eləcə də qaçqın statusu istəyən şəxsi başqa ölkəyə göndərmək, vermək və ya məcburən qaytarmaq barəsində qərarı məhkəmə müvafiq icra hakimiyyəti orqanının müraciəti əsasında qəbul edir. Qaçqın statusu verilmiş, habelə Azərbaycan Respublikası tərəfindən siyasi sığınacaq verilmiş əcnəbilər və vətəndaşlığı olmayan şəxslər barəsində müvafiq icra hakimiyyəti orqanı tərəfindən Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarma haqqında qərar qəbul edilmir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver