7.1. Donorun aşağıdakı hüquqları vardır:
7.1.1. tibbi müayinədən keçdikləri, qan və ya qan komponentlərini verdiyi gün işdən (təhsildən, xidmətdən) azad edilmək və əlavə istirahət günü almaq;
7.1.2. pullu donorluq zamanı verdiyi qan və qan komponentləri üçün haqq almaq;
7.1.3. donorluq funksiyasını yerinə yetirməsi ilə əlaqədar olaraq, sağlamlığının pozulması nəticəsində ona dəymiş zərərin əvəzini, o cümlədən müalicə, tibbi-sosial ekspertiza, sosial-əmək reabilitasiya xərclərini Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada almaq.
7.2. Şəxsin donorluqla əlaqədar əlilliyi müəyyən edildikdə, onun əlilliyi istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində əmələ gələn əlilliklə bərabər tutulur.