Qanunvericilik › Qanın, qan komponentlərinin donorluğu və qan xidməti haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 8

Maddə 8. Donorun vəzifələri

Qanın, qan komponentlərinin donorluğu və qan xidməti haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

8.1. Donor olmaq istəyən şəxs keçirdiyi və hazırkı xəstəlikləri, həmçinin narkotik vasitələr və psixotrop maddələr qəbul edib-etməməsi barədə düzgün məlumat verməlidir.

8.2. Donor olmaq istəyən şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş donorluq funksiyasını məhdudlaşdıran xəstəliklərin siyahısı ilə tanış olmalıdır.

8.3. Sağlamlıq vəziyyəti haqqında məlumatın gizlədilməsi, yaxud bilərəkdən yanlış məlumat verilməsi resipiyentin sağlamlığında ciddi mənfi hallara səbəb olduğu və ya ola biləcəyi halda belə hərəkətlərə yol vermiş donor Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyır.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver