Qanunvericilik › Qaz təchizatı haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 17

Maddə 17. Müayinə və texniki xidmət məlumatları reyestri

Qaz təchizatı haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

17.1. Qazpaylayıcı sistem operatoru tərəfindən müayinə və texniki xidmət məlumatları üzrə reyestr (bundan sonra – Reyestr) yaradılır. Reyestrə daxil edilmiş məlumatlar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum), tənzimləyici və istehlakçılar üçün açıq olmalıdır. Reyestrin aparılması və ondan istifadə qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.

17.2. Reyestrə aşağıdakı məlumatlar daxil edilir:

17.2.1. müayinənin (o cümlədən təkrar müayinənin) keçirilməsinə və nəticəsinə dair məlumatlar;

17.2.2. texniki xidmətin keçirilməsinə və nəticəsinə dair məlumatlar;

17.2.3. ixtisaslaşmış podratçılara dair bu Qanunun 21.4-cü maddəsində nəzərdə tutulan məlumatlar.

17.3. Qazpaylayıcı sistem operatoru müayinə və texniki xidmətlə bağlı məlumatları müayinənin və ya texniki xidmətin keçirildiyi vaxtdan 5 (beş) iş günündən gec olmayaraq Reyestrə daxil etməlidir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver