10.1. Emissiya prospektində dəyişikliklər barədə qərarı emitentin investisiya qiymətli kağızlarının emissiyası haqqında qərarı qəbul etmiş orqanı qəbul edir.
10.2. Emissiya prospektində dəyişikliklərin dövlət qeydiyyatına alınması üçün ərizə (həmin dəyişikliklərin qəbul edilməsi barədə qərar, dəyişikliklərin mətni və əsaslandırılma əlavə edilməklə) müvafiq qərarın qəbul edildiyi gündən beş iş günü ərzində Mərkəzi Banka təqdim edilir.
10.3. Emissiya prospektində dəyişikliklər müvafiq ərizənin daxil olduğu gündən on iş günü ərzində dövlət qeydiyyatına alınır.
10.4. Bu Qanunun 6.6-cı maddəsində göstərilən hallar müəyyən olunduqda, Mərkəzi Bank emissiya prospektində edilmiş dəyişikliklərin dövlət qeydiyyatına alınmasından bu Qanunun 6.7-ci maddəsində nəzərdə tutulmuş qaydada imtina edir.
10.5. Emissiya prospektində edilmiş dəyişikliklər dövlət qeydiyyatına alındığı tarixdən beş iş günü ərzində bu Qanunun 7.1-ci maddəsi ilə müəyyən edilmiş vasitələrdə açıqlanır və açıqlandığı tarixdən on beş iş günü bitdikdən sonra qüvvəyə minir.
10.6. Emissiya prospektində edilmiş dəyişikliklərin açıqlanmasından əvvəl investisiya qiymətli kağızlarının alınması üzrə abunə yazılışına razılaşmış investorlar həmin dəyişikliklərin açıqlandığı tarixdən yeddi iş günü ərzində təkliflərini geri götürmək hüququna malikdirlər.
10.7. İnformasiya memorandumunda dəyişikliklər bu Qanunun 10-cu maddəsi ilə nəzərdə tutulmuş qaydada edilir.