23.1. İnvestisiya qiymətli kağızları sənədsiz olmaqla, adlı formada buraxılır. İnvestisiya qiymətli kağızları mərkəzi depozitarda saxlanılmalıdır.
23.2. Sənədsiz qiymətli kağızları Mərkəzi Bank dövlət qeydiyyatına aldıqdan sonra mərkəzi depozitar onları deponentləşdirməli və uçota almalıdır.
23.3. Mərkəzi depozitar sənədsiz qiymətli kağızların uçotunu apararkən aşağıdakı əsas məlumatları göstərməlidir:
23.3.1. qiymətli kağızın növü və forması;
23.3.2. qiymətli kağızın dövlət qeydiyyat nömrəsi;
23.3.3. emitentin adı, hüquqi ünvanı və dövlət qeydiyyat nömrəsi;
23.3.4. qiymətli kağızın nominal dəyəri;
23.3.5. qiymətli kağızın buraxılış yeri və tarixi;
23.3.6. qiymətli kağızlar üzrə məhdudiyyətlər və öhdəliklərlə yüklənmə;
23.3.7. emitentin öhdəlikləri, həmçinin qiymətli kağız mülkiyyətçisinin (nominal saxlayıcının) hüquq və vəzifələri;
23.3.8. emitenti təmsil edən səlahiyyətli şəxslərin adları.