Qanunvericilik › Qiymətli kağızlar bazarı haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 28

Maddə 28. Qiymətli kağızlar üzrə məlumatların açıqlanması və qorunması

Qiymətli kağızlar bazarı haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

28.1. Mərkəzi depozitar qiymətli kağızlar üzrə ümümiləşdirilmiş məlumatı, onların mülkiyyətçiləri barədə məlumatlar istisna olmaqla, ictimaiyyət üçün açıqlamalıdır.

28.2. Depozitar sistemində saxlanılan qiymətli kağızların mülkiyyətçilərinin müəyyən edilməsinə dair məlumat gizli (konfidensial) sayılır. Həmin məlumat Mərkəzi Bankın, maliyyə monitorinqi orqanının və ya məhkəmənin sorğusu əsasında onlara təqdim edilir. Qiymətli kağız mülkiyyətçisi vəfat etdikdə belə məlumatlar icraatında olan vərəsəlik işləri üzrə notariuslara, habelə müvafiq notariat hərəkətlərini icra edən konsulluq idarələrinə onların sorğusu əsasında verilir.

28.3. Bu Qanunun 28.2-ci maddəsində nəzərdə tutulmuş məlumat “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada öhdəlik daşıyan şəxslərə sorğu əsasında verilir.

28.4. Dövlət qiymətli kağızlarına və ya paylarının (səhmlərinin) 51 və daha artıq faizi dövlətə məxsus olan hüquqi şəxslərin investisiya qiymətli kağızlarına malik olmaqla Azərbaycan Respublikasının ərazisində müvəqqəti və ya daimi yaşamaq üçün icazə almış əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin investisiya qiymətli kağızları, o cümlədən dövlət qiymətli kağızları barədə məlumatlar müvafiq icra hakimiyyəti orqanına Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsi ilə müəyyən edilmiş hallarda verilir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver