Qanunvericilik › Qiymətli kağızlar bazarı haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 39

Maddə 39. İnvestisiya şirkətinin ticarət kitabı

Qiymətli kağızlar bazarı haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

39.1. İnvestisiya şirkəti ticarət kitabını tərtib etməlidir.

39.2. İnvestisiya şirkətinin ticarət kitabında aşağıdakılar əks olunmalıdır:

39.2.1. mənfəət əldə etmək məqsədi ilə qiymətli kağızlar və törəmə maliyyə alətləri ilə əməliyyatlara dair mövqelər;

39.2.2. aktivlərlə bağlı öhdəliklər və ya əldə edilmiş maliyyə alətləri ilə əməliyyatlara dair mövqelər;

39.2.3. ticarət kitabında əks olunan mövqelərlə bağlı xidmət haqları, xərclər və gəlirlər.

39.3. Ticarət kitabına investisiya şirkətinin fəaliyyətini məhdudlaşdıra biləcək heç bir öhdəlik daxil olmamalı və ticarət kitabı ilə bağlı bütün risklər tam örtülməlidir.

39.4. İnvestisiya şirkəti gündəlik olaraq ticarət kitabında əks olunan mövqeləri bazar qiymətləri ilə qiymətləndirməlidir.

39.5. Ticarət kitabına dair əlavə tələbləri Mərkəzi Bank müəyyən edir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver