Qanunvericilik › Qiymətli kağızlar bazarı haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 42

Maddə 42. İnvestisiya şirkətinin kənar auditi

Qiymətli kağızlar bazarı haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

42.1. Mərkəzi Bank aşağıdakı hallarda investisiya şirkətinin kənar auditorunu təyin edir:

42.1.1. investisiya şirkəti kənar auditoru bir il ərzində təyin etmədikdə;

42.1.2. investisiya şirkəti auditor rəyini bir il ərzində təqdim etmədikdə;

42.1.3. investisiya şirkətlərinə dair müəyyən edilmiş kapital tələbləri pozulduqda.

42.2. Bu Qanunun 42.1-ci maddəsi ilə müəyyən edilmiş hallarda kənar auditor cəlb olunduqda, onun xidmət haqqını investisiya şirkəti ödəyir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver