Qanunvericilik › Qiymətli kağızlar bazarı haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 43

Maddə 43. İnvestisiya xidmətlərinin (əməliyyatlarının) həyata keçirilməsinə dair ixtisas şəhadətnamələri

Qiymətli kağızlar bazarı haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

43.1. İxtisas şəhadətnaməsi investisiya xidmətlərinin (əməliyyatlarının) həyata keçirilməsi üçün Mərkəzi Bank tərəfindən keçirilən attestasiyada məqbul və ya daha yüksək nəticə əldə etmiş fiziki şəxslərə verilən rəsmi sənəddir.

43.2. İnvestisiya şirkətinin və xarici investisiya şirkətinin filialının bu Qanunun 30.3-cü maddəsində nəzərdə tutulmuş əsas investisiya xidmətlərini (əməliyyatlarını), habelə 30.4.1-ci maddəsində nəzərdə tutulmuş yardımçı investisiya xidmətini (əməliyyatını) həyata keçirən bütün işçiləri ixtisas şəhadətnaməsinə malik olmalıdır.

43.3-1. İnvestisiya xidmətlərini (əməliyyatlarını) həyata keçirən bankların ixtisas şəhadətnaməsinə malik olmalı işçilərinin sayına dair tələblər Mərkəzi Bank tərəfindən müəyyən edilir.

43.4. Bu Qanunun 43-cü maddəsində nəzərdə tutulmuş ixtisas şəhadətnamələri Mərkəzi Bank tərəfindən keçirilən attestasiyanın nəticələrinə uyğun olaraq verilir. Attestasiya avtomatlaşdırılmış test üsulu ilə həyata keçirilir.

43.5. İnvestisiya xidmətlərinin (əməliyyatlarının) həyata keçirilməsinə dair ixtisas şəhadətnamələrinin alınması məqsədi ilə attestasiya keçirilməsi qaydasını Mərkəzi Bank müəyyən edir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver