48.1. Fond birjası ticarət öncəsi qiymətli kağızlara və törəmə maliyyə alətlərinə tələb və təklif qiymətlərini, habelə onların həcmlərinə dair məlumatları açıqlamalıdır.
48.2. Fond birjası ticarətə buraxılmış qiymətli kağızlar və törəmə maliyyə alətləri üzrə bağlanmış əqdlərin qiyməti, həcmi və icra vaxtına dair gündəlik ümumiləşdirilmiş məlumatları ictimaiyyətə açıqlamalıdır.
48.3. Fond birjasının məlumatları açıqlaması qaydasını Mərkəzi Bank müəyyən edir.
48.4. Fond birjası ticarət zamanı qiymətli kağızların və törəmə maliyyə alətlərinin qiymətlərinin formalaşması üçün mühüm olan məlumatların bütün üzvlər üçün eyni səviyyədə açıq olmasını təmin etməlidir.
48.5. Bu Qanunun 48-ci maddəsi ilə nəzərdə tutulmuş məlumatların açıqlanmasının maliyyə bazarlarının sabitliyinin pozulması və ya ölkə iqtisadiyyatına mənfi təsir göstərə bildiyi təqdirdə, Mərkəzi Bank məlumatın açıqlanmasını təxirə salmalıdır. Həmin məlumatların açıqlanması Mərkəzi Bankın fond birjasına təqdim etdiyi yazılı bildiriş əsasında təxirə salınır.