53.1. Klirinq təşkilatı özünün müəyyən etdiyi üzvlük tələblərinə cavab verən investisiya şirkətinin və ya investisiya fondunun idarəçisinin, habelə kraudfandinq platformasının operatorunun müraciəti əsasında həmin investisiya şirkətini, idarəçini, operatoru və ya onların təyin etdiyi bankı, investisiya xidmətlərini (əməliyyatlarını) həyata keçirən bankın müraciəti əsasında isə müvafiq bankı bir ay ərzində üzvlüyə qəbul etməlidir. Klirinq təşkilatının ən azı üç üzvü olmalıdır.
53.2. Klirinq təşkilatı aşağıdakılar barədə Mərkəzi Banka məlumat verməlidir:
53.2.1. üzvlər klirinq təşkilatı və ya klirinq fondu qarşısında maliyyə öhdəliklərini yerinə yetirmədikdə;
53.2.2. üzvlərinin maliyyə dayanıqlılığını əks etdirən göstəricilərin Mərkəzi Bank tərəfindən müəyyən olunan səviyyədən aşağı düşməsini aşkar etdikdə;
53.2.3. üzvlərinin siyahısında hər hansı dəyişiklik olduqda.
53.3. Klirinq təşkilatı üzvlərinin öz daxili qaydalarına riayət etmələrinə nəzarət etməlidir.