54.1. Klirinq təşkilatı fəaliyyətini təşkil etmək məqsədi ilə ən azı aşağıdakı daxili qaydaları qəbul etməlidir:
54.1.1. ticarətsonrası sistemin təşkilinə və fəaliyyətinə dair tələbləri müəyyən edən qaydalar;
54.1.2. klirinq təşkilatının üzvlərinə dair (üzvlüyə daxilolma, üzvlükdən çıxma və ya çıxarılma və fəaliyyət və s.) tələblər müəyyən edən qaydalar;
54.1.3. klirinq fəaliyyəti ilə bağlı əməliyyatlara dair qaydalar;
54.1.4. klirinq fondunun (təşkili nəzərdə tutulduqda) idarə edilməsi də daxil olmaqla, kredit, bazar, əməliyyat və likvidlik risklərinin idarə edilməsi və onlar üzərində nəzarətə dair qaydalar;
54.1.5. təhlükəsizliyə və effektivliyə dair tələblər (fəaliyyətin davamlılığı və baş verə biləcək qəzasonrası bərpa mexanizmlərini əks etdirən sistemlərin mütəmadi auditi üzrə göstəricilər);
54.1.6. klirinq fəaliyyətinin həyata keçirilməsinin təmin edilməsi məqsədi ilə məlumat mübadiləsi qaydaları;
54.1.7. məlumatların açıqlanması və hesabatlılığa dair qaydalar;
54.1.8. klirinq təşkilatı üzvlərinin daxili qaydalara riayət etməməsinə görə məsuliyyət müəyyən edən qaydalar.
54.2. Klirinq təşkilatının daxili qaydalarına Mərkəzi Bankın tələbi ilə dəyişikliklərin qəbul edilməsi bu Qanunun 46.2 və 46.3-cü maddələri ilə müəyyən edilmiş qaydada həyata keçirilir.