55.1. Klirinq təşkilatı üzvünün klirinq və hesablaşma zamanı hesablarında olan vəsaitlər aktivlər üzrə öhdəliklərin icra edilməsi üçün kifayət etmədikdə, klirinq təşkilatının üzvü öz öhdəliklərini icra etməmiş hesab edilir.
55.2. Klirinq təşkilatı üzvlərinin öhdəliklərinin icra edilməməsi barədə məlumatı dərhal Mərkəzi Banka təqdim etməlidir. Klirinq təşkilatının üzvü öhdəliklərini icra etmədikdə, klirinq təşkilatı aşağıdakı tədbirləri görür:
55.2.1. klirinq üzvünün öhdəliklərinin icra edilməməsinə dair məlumatları dərhal sorğu etmək;
55.2.2. öhdəliklərini icra etməyən klirinq üzvünün hesabında olan vəsaitləri klirinqi tamamlanmayan əməliyyatların bağlanmasına yönəltmək, həmin üzv tərəfindən əvvəlcədən deponentləşdirilən aktivləri, həmçinin girova qoyulmuş aktivlərdən və ya zəmanətdən istifadə etmək;
55.2.3. əqdlərin bağlanmasını təmin etmək, o cümlədən kreditlərin alınması və verilməsini, investisiya qiymətli kağızları üzrə repo əməliyyatlarını həyata keçirmək, habelə öhdəliklərini icra etməyən üzvə qarşı nettinqə dair məhdudiyyətləri tətbiq etmək;
55.2.4. bağlanmış sığorta müqavilələri üzrə sığorta ödənişlərini almaq;
55.2.5. bu Qanunun 58.9-cu maddəsi ilə müəyyən edilmiş qaydada klirinq fondunun vəsaitdən istifadə etmək.
55.3. Öhdəlikləri icra etməyən klirinq üzvünün öz öhdəliklərini icra edənə qədər yeni əməliyyatlar aparmasına yol verilmir.