60.1. Klirinq fondunun üzvü öhdəliklərini icra etmədikdə və klirinq fonduna ödənilən ödənişləri həmin öhdəliklərin ödənilməsi üçün kifayət etmədikdə klirinq təşkilatı tərəfindən klirinq fondunun xərclərini ödəmək məqsədi ilə klirinq fondunun digər üzvlərinə dair onların maliyyə vəziyyətinə əhəmiyyətli dərəcədə təsir göstərmədən klirinq təşkilatının daxili qaydalarına uyğun olaraq tutmalar tətbiq edilir.
60.2. Klirinq təşkilatı tərəfindən daxili qaydalara uyğun olaraq əlavə yığımlara ehtiyacın olması müəyyən edildikdə, həmin məbləğ klirinq fondunun üzvlərindən toplanmış yığımlar ilə klirinq fondunun xərclərinin fərqinə bərabər olmalıdır.
60.3. Klirinq təşkilatı tərəfindən tətbiq edilən tutmaların məbləği klirinq fondunun xərclərindən artıq olduqda, qalıq məbləğ üzvlərin ödədikləri məbləğlərə mütənasib miqdarda geri qaytarılmalıdır.
60.4. Klirinq təşkilatı tutmalar tətbiq etdikdə, tutmanın ödənilmə tarixi (həmin tarix bildirişin göndərildiyi tarixdən on dörd iş günündən tez olmamalıdır), tutmanın məbləği və onun hesablanma qaydasını əks etdirən bildirişi üzvlərə göndərməlidir.