82.1. Bu Qanunun 79.1.1-79.1.4-cü maddələrində göstərilən şəxslər qiymətli kağızları kütləvi təklif edilmiş və tənzimlənən bazarda ticarətə buraxılmış aid olduğu emitentlərin səhmləri ilə və ya baza aktivinin həmin səhmlərdən ibarət olan törəmə maliyyə alətləri ilə əqd bağladıqda, bu barədə məlumatı əqdin bağlandığı tarixdən etibarən bir iş günü ərzində Mərkəzi Banka və həmin emitentə təqdim etməlidir. Emitent həmin məlumatı aldığı gündən sonra dörd iş günü ərzində Mərkəzi Bankın müəyyən etdiyi qaydada ictimaiyyətə açıqlamalıdır.
82.2. Bu Qanunun 82.1-ci maddəsində nəzərdə tutulan əqdlər haqqında məlumatda aşağıdakılar öz əksini tapmalıdır:
82.2.1. emitentin tam adı;
82.2.2. əqdi bağlayan fiziki şəxs olduqdqa – adı, soyadı, atasının adı, hüquqi şəxs olduqda – hüquqi şəxsin tam adı;
82.2.3. məlumatın təqdim edilməsi səbəbi;
82.2.4. əqdin predmeti olan qiymətli kağızın və ya törəmə maliyyə alətinin növü;
82.2.5. əqdin predmeti olan qiymətli kağızların və ya törəmə maliyyə alətlərinin sayı;
82.2.6. əqdin predmeti olan bir qiymətli kağızın və ya törəmə maliyyə alətinin qiyməti və əqdin məbləği;
82.2.7. əqdin istiqaməti (alqı və ya satqı);
82.2.8. əqdin bağlanma tarixi və yeri;
82.2.9. əqdin bağlanmasından sonra şəxsin mülkiyyətində olan həmin emitentin qiymətli kağızların sayındakı və emitentin nizamnamə kapitalındakı payı (faizlə);
82.2.10. məlumatın təqdimedilmə tarixi.
82.3. İnsayder tərəfindən bağlanmış əqdlər haqqında məlumatın Mərkəzi Banka təqdim edilməsi qaydalarını Mərkəzi Bank müəyyən edir.