Qanunvericilik › Qiymətli kağızlar bazarı haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 81

Maddə 81. İnsayder siyahısı

Qiymətli kağızlar bazarı haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

81.1. Qiymətli kağızları kütləvi təklif edilmiş və tənzimlənən bazarda ticarətə buraxılmış emitentlər insayd məlumatı əldə etmək imkanına malik olan şəxslər haqqında məlumatları əks etdirən insayder siyahısını tərtib etməlidirlər.

81.2. İnsayder siyahısında aşağıdakı məlumatlar olmalıdır:

81.2.1. insayd məlumatı əldə etmək imkanına malik olan şəxs haqqında məlumat (fiziki şəxs olduqda – adı, atasının adı, soyadı, vəzifəsi və (və ya) emitentin nizamnamə kapitalında iştirak payı, ünvanı, şəxsiyyətini təsdiq edən sənədin seriya və nömrəsi, hüquqi şəxs olduqda – hüquqi şəxsin tam adı, VÖEN və həmin hüquqi şəxsin adından çıxış edən fiziki şəsxin adı, atasının adı, soyadı);

81.2.2. şəxsin siyahıya daxil edilmə və siyahıdan çıxarılma səbəbi;

81.2.3. şəxsin siyahıya daxil edildiyi və siyahıdan çıxarıldığı tarix;

81.2.4. “insayder siyahısı”na daxil edilməsi və ya siyahıdan çıxarılması barədə həmin şəxsin məlumatlandırılması tarixi;

81.2.5. siyahının tərtib edildiyi və yeniləndiyi tarix.

81.3. Emitent insayder siyahısını müntəzəm olaraq yeniləməli və Mərkəzi Bankın sorğusu əsasında sorğu alınan gündən sonra bir iş günü ərzində təqdim etməlidir.

81.4. Emitent insayder siyahısının tərtib edildiyi tarixdən, siyahıda dəyişiklik baş verdikdə isə son dəyişiklik edildiyi tarixdən beş il müddətində saxlanılmasını təmin etməlidir.

81.5. Emitent hər hansı bir şəxsi insayder siyahısına daxil etdikdə və ya siyahıdan çıxardıqda, bu barədə həmin şəxsləri məlumatlandırır.

81.6. İnsayder siyahısının tərtib edilməsinə dair tələbləri Mərkəzi Bank müəyyən edir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver