5.0. Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq fəaliyyət göstərən birjalarda qiymətli metalların və qiymətli daşların dövriyyəsi ilə əlaqədar hüquqi və fiziki şəxslərlə əqdlər bağlanıla bilər və bu birjalarda:
5.0.1. affinaj edilmiş qiymətli metalların standart və müəyyən ölçülü külçələrinin;
5.0.2. çeşidlənmiş, emal olunmamış qiymətli daşların;
5.0.3. tərkibində qiymətli metallar olan yarımfabrikatların;
5.0.4. qiymətli metal külçələrinin;
5.0.5. qiymətli metallardan və qiymətli daşlardan hazırlanmış zərgərlik və digər məişət məmulatları istisna olmaqla, onlardan hazırlanmış məhsulların;
5.0.6. tərkibində qiymətli metallar olan sikkələrin dövriyyəsi ilə bağlı əqdlər bağlana bilər.