Qanunvericilik › Qızıl Xaç və Qızıl Aypara emblemlərindən istifadə və onların müdafiəsi haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 8

Maddə 8. Mülki tibbi birləşmələr tərəfindən Qızıl Aypara emblemindən müdafiə nişanı qismində istifadə edilməsi

Qızıl Xaç və Qızıl Aypara emblemlərindən istifadə və onların müdafiəsi haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Hərbi münaqişə zamanı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının razılığına əsasən və bilavasitə onun nəzarəti altında mülki tibbi heyət, tibbi birləşmələr, sanitar nəqliyyat vasitələri və tibbi əmlak müdafiə nişanı qismində istifadə edilən Qızıl Aypara emblemi ilə nişanlanır.

Mülki tibbi heyət üzvlərinə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən şəxsiyyət vəsiqəsi və qol sarğısı verilir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver