Qanunvericilik › Qızıl Xaç və Qızıl Aypara emblemlərindən istifadə və onların müdafiəsi haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 9

Maddə 9. Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən Qızıl Aypara emblemindən müdafiə nişanı qismində istifadə edilməsi

Qızıl Xaç və Qızıl Aypara emblemlərindən istifadə və onların müdafiəsi haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarının sərəncamına verilən tibbi heyət, tibbi birləşmələr, sanitar nəqliyyat vasitələri və tibbi əmlak müdafiə nişanı qismində istifadə edilən Qızıl Aypara embləmi ilə nişanlanır.

Bu maddənin birinci hissəsində göstərilən tibbi heyətə, tibbi birləşmələrə, sanitar nəqliyyat vasitələrinə və tibbi əmlaka hərbi münaqişə zamanı qüvvədə olan Azərbaycan Respublikasının normativ hüquqi aktları şamil olunur.

Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları onların sərəncamına verilən tibbi heyət üzvlərinə şəxsiyyət vəsiqəsi və qol sarğısı verir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver