Qanunvericilik › Reklam haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 15

Maddə 15. Əmtəə satışını stimullaşdıran tədbirlər haqqında reklam

Reklam haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

15.1. Əmtəə satışını stimullaşdıran tədbirlər haqqında reklam müəyyən əmtəəni əldə etmiş alıcılar arasında lotereya, müsabiqə, oyun və digər tədbirlərin keçirilməsi haqqında məlumatdır.

15.2. Əmtəə satışını stimullaşdıran tədbirlər haqqında reklamda lotereyanın, müsabiqənin, oyunun və digər tədbirlərin keçirilməsinin şərtləri, vaxtı və müddəti, uduş fondu, uduşların verildiyi yer və vaxt, alınması şərtləri, onların təşkilatçısı barədə məlumatlar əks olunmalı yaxud səsləndirilməlidir.

15.3. Əmtəə satışını stimullaşdıran tədbirlərdə müəyyən əmtəəni satın alana hədiyyə qismində tündlüyü 5 faizdən yuxarı olan alkoqollu içkilər, tütün və tütün məmulatları təklif oluna bilməz.

15.4. Tündlüyü 5 faizdən yuxarı olan alkoqollu içkiləri, tütün və tütün məmulatlarını alanlara hədiyyə qismində başqa əmtəələrin təklifi qadağandır.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver