Qanunvericilik › Reklam haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 16

Maddə 16. Əmtəənin qiymətinin dəyişməsi haqqında reklam

Reklam haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

16.1. Əmtəənin qiymətinin dəyişməsinin reklamında aşağıdakı məlumatlar göstərilməlidir:

16.1.1. qiymətin dəyişməsi kampaniyasının başlanma tarixi, müddəti;

16.1.2. qiyməti dəyişdirilən əmtəələrin siyahısı;

16.1.3. qiyməti dəyişdirilən əmtəənin mövcud qiyməti.

16.2. Reklamda əmtəənin qiymətinin əvvəlki qiymətlə müqayisədə mütləq yaxud nisbi ifadə ilə dəyişməsi qeyd olunmalıdır.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver